BAKI, 27 fevral. TELEQRAF

Fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf-a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Könül Eminova fevralın 26-da ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev tərəfindən qətlə yetirilib.