BAKI, 27 fevral. TELEQRAF

Bakıda bədbəxt hadisə ölümlə nəticələnib.

Teleqraf xəbər verir ki, hadisə fevralın 26-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib.

Belə ki, Səfərov Valid Şəmsəddin oğlu elektrik dayağına naqil quraşdıran zaman təxminən 15 metr hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.