BAKI, 26 fevral. TELEQRAF

Azərbaycanda polis dələduzluq edən şəxslərin saxlanılması üçün tədbirlər görüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının fevralın 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb.

Onlar istintaqa təhvil verilib.