BAKI, 26 fevral. TELEQRAF

Bakının Nərimanov rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinindən Teleqraf-a verilən xəbərə görə, Nərimanov rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyadan ibarət konteynerin şüşə-pambıq üzlüyü və içərisində olan əşyalar yanıb.

Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.