GORANBOY, 31 oktyabr. TELEQRAF

Goranboy rayonunda 1991-ci il təvəllüdlü Nizami Əliyevin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Səmədabad kənd sakinin meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.