BAKI, 31 oktyabr. TELEQRAF

Oktyabrın 30-da saat 12:00 radələrində Bakı-Quba yolunun 15-ci kilometrliyində "Hyundai" markalı 50-EO-865 dövlət qeydiyyat nişanlı avtobus və TVS-200 markalı 99-L-236 dövlət qeydiyyat nişanlı motosikletin iştirakı ilə baş verən qəza sonuncu nəqliyyat vasitəsinin sürücüsünün xəsarət alması ilə nəticələnib.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

DYP sürücülərə xatırladır ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir.

"Eyni zamanda manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Özümüzün və başqalarının həyatına biganə qalmayaq" - deyə məlumatda qeyd olunub.