LAÇIN, 30 oktyabr. TELEQRAF

Laçında çayda evakuator batıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Həkəri çayının Laçın şəhəri ərazisindən keçən hissəsində baş verib.

Evekuatorun sürücüsü maşının matorxanasına su vurarkən anidən Həkəri çayının səviyyəsi qalxıb və avtomobil suyun altında qalıb.

Hadisə şahidi olan insanlar traktorun köməyilə avtomobili sudan çıxarıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.