BAKI, 20 oktyabr. TELEQRAF

Oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf-a Xaçmaz Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.