BAKI, 25 sentyabr. TELEQRAF

Venesuelanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 244 min nəfərin yaşadığı Valera şəhərindən 68 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı Yerin 8 km dərinliyində olub.