BAKI, 19 sentyabr. TELEQRAF
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, ondan marixuana aşkar olunub.
Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib.
Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı daha 2 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.