BAKI, 4 sentyabr. TELEQRAF

Türkiyənin Mardin vilayətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, hadisə Artuklu rayonunda qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 9 nəfər xəsarət alıb.

Xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Onlar təcili tibbi yardım maşınları ilə şəhər xəstəxanalarına çatdırılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.