LƏNKƏRAN, 22 avqust. TELEQRAF

Lənkəranda avtomobil qaçıran şəxslər saxlanılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini polisə müraciət edərək ona məxsus “VAZ 21011” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.

Müraciət əsasında Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı R.Həsənov və 18 yaşlı P.Nəsrullazadə saxlanılıblar.

Qaçırılan avtomobil tapılaraq sahibinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.