BAKI, 21 avqust. TELEQRAF

Kamçatkada 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

"Seysmik hadisənin maqnitudası 5,6-dır. Petropavlovsk-Kamçatski şəhərinin bəzi rayonlarında yeraltı təkanlar 2 bala qədər hiss edilib", - qurumdan bildirilib.