ŞUŞA, 26 iyul. TELEQRAF
Şuşada baş verən yanğın zamanı mina partlayışları qeydə alınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, növbəti yanğın hadisəsi Şuşa rayonu Qaladərəsi adlanan ərazisində baş verib.
FHN-in yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub, alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı baş verib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərüb.
Qeyd edək ki, hazırda Qarabağın əsasən Ağdərə rayonunu əhatə edən meşəlik ərazidə yanğın davam edir. FHN-in canlı qüvvəsi və texnikası yanğınla mübarizəni davam etdirir.