AĞDAM, 24 iyun. TELEQRAF

Ağdamda itkin düşən qız tapılıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

***

09:56

Ağdamda 16 yaşlı qız itkin düşüb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, ötən gün rayonun Üçoğlan kənd sakini 2009-cu il təvəllüdlü Əsgərova Aytac Pərviz qızı yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb.

Onun ailə qurmaq məqsədi ilə şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.