GORANBOY, 24 iyun. TELEQRAF

Goranboy rayonunda 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yaxınları Ayxan Ələkbərovun cansız bədənini Safıkürd kəndində yaşadığı evin həyətində aşkarlayıblar.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.