GƏNCƏ, 22 aprel. TELEQRAF
Gəncədə 24 yaşlı qadın dərmandan zəhərlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 2001-ci Şəhanə Xudiyeva zəhərlənmə diaqnozu ilə şəhər xəstəxanalarından birinə gətirilib.
Ona ilkin yardım göstərilib vəziyyəti kafidir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 21:50 radələrində 1999-cu il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.