MİNGƏÇEVİR, 23 aprel. TELEQRAF

Mingəçevir Şəhər İcra Hakimiyyətinin önündən keçən ərazidə baş verən yol-nəqliyyat hadisəsi hərəkətdə sıxlıq yaradıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə az öncə şəhərin 20 Yanvar küşəsində qeydə alınıb.

"Toyota Prius" markalı iki avtomobilin toqquşması zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Nəticədə yolda ağır tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.