BAKI, 22 aprel. TELEQRAF

Türkiyənin Van vilayətində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.