BAKI, 23 aprel. TELEQRAF
Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna xarici işlər nazirlərinin Londondakı (Böyük Britaniya) görüşü təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilib ki, buna səbəb ABŞ Dövlət katibi Marko Rubionun Londona səfərdən imtina etməsi olub.
Planlaşdırılan görüş əvəzinə beş ölkənin rəsmiləri arasında danışıqlar aparılacağı açıqlanıb.