TBİLİSİ, 23 aprel. TELEQRAF
Bu ilin birinci rübündə Gürcüstandan 219 nəfər xarici ölkə vətəndaşı çıxarılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatından məlum olur.
Sənədə əsasən, deportasiya olunmuş əcnəbilərin 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan biri 18-25, digəri 26-40, ikisi isə 41-65 yaş arasında olan kişidir.
Hesabat dövründə Gürcüstandan qovulan əcnəbilər arasında say baxımından İran (42 nəfər), Hindistan (32 nəfər), Çin (23 nəfər) və Türkiyə (25 nəfər) vətəndaşları üstünlük təşkil ediblər.