BAKI, 22 aprel. TELEQRAF
Nəsimi rayonu ərazisində evdən 1700 manat, 85000 rubl pul vəsaiti və 500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.