BAKI, 23 aprel. TELEQRAF

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan taxta və lambirdən ibarət kafenin yanar konstruksiyaları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.