
BAKI, 23 mart. TELEQRAF
Bakıda martın 17-də evdən çıxan və bir daha geri qayıtmayan üç yeniyetmə qızın kimliyi məlum olub.
Teleqraf xəbər verir ki, bunlar Dadaşova Mədinə Kamil qızı, Hüseynzadə İnci Araz qızı və Xudaverdiyeva Ofeliyadır.
Rəfiqə olan qızlar naməlum istiqamətə gediblər.
Məsələ ilə bağlı polisə məlumat verilib.
Hazırda onların axtarışları davam edir.