
BAKI, 23 mart. TELEQRAF
ABŞ-nin Florida ştatındakı Disneylenddə yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, əyləncə parkında soyuducu yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın Disneyin Orlandodakı Epcot əyləncə parkında Fransa pavilyonunun arxasında baş verib.
Yanğınla bağlı ziyarətçilər təcili təxliyə edilib.