TOVUZ, 22 mart. TELEQRAF

Tovuz sakini qonaq getdiyi evdə yanıq xəsarətləri alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində baş verib.

2002-ci il təvəllüdlü N.Yusifov hamam otağında qızdırıcı cihazı yandırmaq istəyərkən, sızan qazın partlaması səbəbindən termiki yanıq xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən zərərçəkənin vəziyyəti orta ağırdır. Ona bədənin müxtəlif nahiyələrinin 2-3 cü dərəcəli termiki yanıq diaqnozu qoyulub

Hadisə N.Yusifov tanışı Tatarlı kənd sakini 1993-cü il təvəllüdlü T. Ocaqcerdiyevin evində qonaq olarkən baş verib.