
BAKI, 22 mart. TELEQRAF
Ağdamda polisin keçirdiyi əməliyyat zamanı daha bir şəxsdən avtomat silahı aşkarlanıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb. Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.