LƏNKƏRAN, 15 mart. TELEQRAF

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Sabirabad rayon sakini, 2022-ci il təvəllüdlü A. Səmədzadə (qız uşağı) ölümcül vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Həkimlərin operativ müdaxiləsi sayəsində uşağa ilkin tibbi yardım göstərilib və ürək fəaliyyəti uğurla bərpa edilib.

İlkin məlumata əsasən, A. Səmədzadə soyuducunun elektrik naqillərinə toxunduğu üçün cərəyan vurub.

Onun müalicəsinin davam etdirilməsi məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərildiyi bildirilir.