
BAKI, 4 mart. TELEQRAF
Ucar rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Ucar rayonunun Küçəkənd kəndində ümumi sahəsi 360 m² olan birmərtəbəli uşaq bağçasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.