BAKI, 4 mart. TELEQRAF

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində 4 paq.m mebel, 2 ədəd məişət avadanlığı və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb.

Yüksək temperaturdan 2-ci mərtəbənin pilləkən qəfəsində lambirdən ibarət tavan 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.