.jpg)
BAKI, 4 mart. TELEQRAF
ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə real sülh razılaşması əldə etmək inadkarlığı ilə üz-üzə qalıb.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levit deyib.
“Təəssüf ki, Prezident Zelenski sülh danışıqlarına hazır deyil. Açığını deyim ki, ABŞ Prezidenti Tramp və vitse-prezident Vensin bütün dünya qarşısında Amerikanın maraqlarını müdafiə etməsini izləmək çox xoş idi”, - Amerika rəsmisi bildirib.
Xatırladaq ki, fevralın 28-də Ağ Evdə keçirilən görüşdə Ukrayna lideri ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens arasında mübahisə baş verib. Tramp Zelenskini sayğısızlıqda günahlandırıb, Vens isə onun Ukraynaya verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu bildirib. İttihamlarla razılaşmayan Zelenski Rusiya ilə real sülh danışıqları istədiyini bəyan edib. Görüşdən sonra nəzərdə tutulan mətbuat konfransı ləğv edilib.