
Bakı,8 fevral. TELEQRAF
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Fevralın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 qumbara, 10 tüfəng, 12 patron darağı və 371 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər", - məlumatda belə qeyd olunub.