Culfa rayonunda mikroavtobusun aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 7-də saat 8 radələrində Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb.

Nəticədə sərnişini Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Culfa rayon polis şöbəsində araşdırma aparılır.