Ağcabədi rayon sakini intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 11-də saat 13 radələrində Bərdə şəhərindəki Tibbi Sosial və Ekspert Komissiyasının inzibati binasının qarşısında baş verib.

Ağcabədi rayon sakini S.Cəfərov özünə məxsus motosikleti yandırıb, özünü də yandırmağa cəhd göstərib.

Lakin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində bu cəhdin qarşısı alınıb.