ATƏT-in Minsk qrupunun həmsədrləri ümid edirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və yeri yaxın vaxtlarda müəyyən ediləcək.

Bunu Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, həmsədrlər və iki ölkənin XİN rəhbəri prezidentlərin görüşünün təşkili və gündəliyi üzərində işi davam etdirirlər.