Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin uğurla başa çatması və bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanın inkişafı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi, eləcə də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi baxımından olduqca vacibdir: "Hesab edirəm ki, Azərbaycanın inkişafı və möhkəmlənməsi regionun çiçəklənməsinə xidmət edəcəkdir”.