BAKI, 28 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzi İranla bağlı mövqeyinə görə tənqid edib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri "Truth Social"da Almaniya liderini ölkəsindəki iqtisadi problemlərdə günahlandırıb.

“Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu tədbirlər görürəm. Almaniyanın iqtisadi və digər cəhətdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil!” - deyə Amerika lideri bildirib.