BAKI, 28 aprel. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Həmzə Seyid əl-Şohada" qərargahı "terror aktları planlaşdıran muzdlulara və ölkənin maraqlarına xəyanət edən separatçı qruplara qarşı əməliyyat zərbəsi" elan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim " agentliyi məlumat yayıb.

Əməliyyat zamanı çoxlu sayda silah, saxta şəxsiyyət sənədləri və "Starlink" peyk rabitə avadanlığı aşkar edilib.

"Həmzə Sayed əl-Şohada qərargahı xain terrorçu ünsürlərə xəbərdarlıq edir ki, onların fəaliyyətləri tam kəşfiyyat nəzarəti altındadır və şimal-qərb bölgəsinin təhlükəsizliyinə qarşı hər hansı bir hərəkətin qarşısı amansızlıqla alınacaq", - deyə açıqlamada bildirilir.