BAKI, 28 aprel. TELEQRAF
Son 72 saat ərzində 52 İran gəmisi ABŞ blokadasını keçib.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Onlardan 31-i neft, 21-i isə yük gəmisidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın əmri ilə 13 apreldən İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadası tətbiq edilib.