BAKI, 26 fevral. TELEQRAF

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Bakıdakı "Ana harayı" abidəsini ziyarət davam edir.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət naziri Adil Kərimli, səhiyyə nazirliyi Teymur Musayev, Milli Məclisin sədr müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə abidəni ziyarət edərək, qarşısına tər çiçəklər düzür, soyqırımı qurbanlarının xatirəsini anıblar.

FOTOLAR: Firudin Səlimov, Elnur Muxtar