
BAKI, 26 fevral. TELEQRAF
ABŞ-də administrasiya dəyişikliyi ilə Rusiya-Ukrayna münaqişəsinin həlli prosesində yeni dinamika başlayıb.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“ABŞ-də administrasiya dəyişikliyi ilə yeni dinamika başlayıb. Görüşlər davam edir. Hazırda mümkün atəşkəs razılaşmasının şərtləri ilə bağlı təmasların olduğu görünür.
Türkiyə regionda güclü və önəmli bir ölkədir. Sülhün reallaşmasında, onun davamlılığı və atəşkəsin qorunub saxlanmasında mütləq mühüm rol oynayacaq. Müxtəlif tərəflər arasında təmaslar var. Hazırkı məqamda atəşkəs barədə həmfikirdirlər”, - nazir vurğulayıb.