Şimali Kipr Türk Respublikasının parlamentində Azərbaycan nümayəndə heyəti ilə birlikdə Xocalı soyqırımı müzakirə olunub.

Teleqraf.com-un məlumatına görə, müzakirələr Soyqırım Həqiqtələrinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.

Müzakirədə çıxış edən QKTC parlamentinin deputatı Zorlu Törə Xocalıda yaşanan qətliamı soyqırım aktı kimi dəyərləndirib. O, bu faciənin bəşəriyyət tarixində qara ləkə olduğunu bildirib və dünyanı bu hadisəyə diqqətli olmağa çağırıb.

Nümayəndə heyəti spiker Sibel Siberlə da görüşüb və müzakirələr aparılıb. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli və Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk qatılıblar.

BƏXTİYAR