
Azərbaycanın Lənkəran rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla saat 16:57-də qeydə alınmış yeraltı təkanın episentri 3 bal, maqnitudası 3.7, dərinliyi 15 km olub.
Zəlzələ yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.