Azərbaycanın Dağıstanda konsulluğunun açılması müzakirə edilir.

Axar.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov danışıb. Onun sözlərinə görə, sərhəddə Azərbaycanın konsulluq nümayəndəliyinin olması gediş-gəlişin asanlaşmasına yardım edə bilər.

Abdulatipov həmçinin Dağıstanda Azərbaycanın konsulluğunun Dərbənd şəhərində açılmasının daha məqsədəuyğun olacağını bildirib.