
Fevralın 10-da Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, səfər çərçivəsində qonağın nazirliyin rəhbər vəzifələliləri ilə görüşü planlaşdırılır.
A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Qırğızıstan müdafiə naziri A.Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək.
BƏXTİYAR