
Türkiyənin İstanbul şəhərində G-20 ölkələrinin nümayəndələrinin iclası öz işinə başlayır.
İki gün davam edəcək görüş G-20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bankların rəhbərləri səviyyəsində olacaq.
Böyük İyirmiliyin iclası ilə əlaqədar İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib.
Xüsusi-təyinatlı dəstələr hazır vəziyyətə gətirilib.