Ermənistan Azərbaycanla sülh danışıqlarına hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-prezidenti Akop Arşakyan deyib.

“Sülh müqaviləsinin müxtəlif layihələri ilə bağlı mübadilə aparılır, Xarici İşlər Nazirliyi daim bu haqda məlumat verir. Bakıdan İrəvana, İrəvandan Bakıya təklif verilir”, - vitse-spiker bildirib.

Arşakyan Azərbaycanla danışıqlara hazır olduqlarını söyləyib:

“Ermənistan heç vaxt danışıqlardan çəkinməyib, effektiv hesab etdiyi platformalarda aparılan danışıqlarda iştirak edib, bununla bağlı bəyanatlar verilib”.