Avropa Birliyi (AB) xarici işlər nazirlərinin dünən keçirilən toplantısında Azərbaycan-Ermənistan məsələsi müzakirə olunmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Açıqlamada Azərbaycan və Ermənistanla bağlı müzakirələrin vaxt azlığı səbəbindən baş tutmadığı qeyd edilir. Məsələnin müzakirəsinin AB xarici işlər nazirlərinin noyabrın 13-nə planlaşdırılan növbəti toplantısı üçün planlaşdırıldığı bildirilib.