BAKI, 20 noyabr. TELEQRAF

“2021–2026-cı illər ərzində qəbul olunanların 46 142 nəfəri (35,3 faizi) kişi, 84 461 nəfəri (64,7 faizi) qadın olub. Kişilərin sayında azalma müşahidə olunub”.

Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri”nə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, hesabat dövründə kişilərin qəbul sayında 7 faiz azalma, qadınların qəbul sayında isə 17,3 faiz artım qeydə alınıb.

Sektor müdiri qeyd edib ki, bu il orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 61 müəssisə üzrə aparılıb.