BAKI, 19 noyabr. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Çinin Şençjen şəhərində baş tutan görüş yaxşı keçdi”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov görüşdən sonra liderlərin mediaya açıqlama verməmələrini isə üçtərəfli görüşlə əlaqələndirib: “Tərəflərdən heç biri xüsusilə vacib açıqlamalar vermədi, çünki üçtərəfli formatda keçiriləcək ən vacib tədbirə hazırlaşırıq”.

Söhbətin nə qədər davam etdiyi soruşulduqda, o, “Uzun deyil, təxminən 35-40 dəqiqə” cavabını verib.

Xatırladaq ki, bu gün Şençjen şəhərində Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş keçiriləcək.